Hündürmərtəbəli binadan yıxılan azyaşlını xilas etmək mümkün olmadı

4 İyul 2016 14:10 (UTC+04:00)

Binəqədi rayonunda azyaşlı hündürmərtəbəli binadan yıxılıb ölüb.

Movqe.az  Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 3-də Binəqədi rayonu ərazisində yaşayan azyaşlı Nadir Xəlilov evlərinin pəncərəsindən (5-ci mərtəbə) yıxılıb.

N.Xəlilov xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.