Əfqanıstanda Amerikalı əsgərin edamı istənib

20 Dekabr 2012 20:36 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Əfqanıstanda vəzifəsini yerinə yetirdiyi bazanın yaxınlığındakı bir kənddə 16 sadə vətəndaşı öldürən Amerikalı əsgər Robert Bales üçün ölüm cəzası istənildiyi bildirilib. Hərbi prokuror, ötən ay martında Robert Balesin Əfqanıstanın cənubunda vəzifəli olduğu bazanı tərk etdiyini, yaxınlıqdakı bir kəndə hücum hazırladıqdan sonra hərbi bazaya geri qayıtdığını, yendən gedərək başqa kəndə hücum təşkil etdiyinin təyin olunduğunu qeyd edib. 9-u uşaq 16 nəfərin həlak olduğu hücumlar, Əfqanıstanda böyük etiraz yaratmış, təşkil edilən etiraz nümayişlərindən sonra ABŞ, Əfqanıstandakı əməliyyatlarına müvəqqəti olaraq ara vermək məcburiyyətində qalmışdı. Xatırladaq ki, ABŞ-da 1961-ci ildən bu yana ordudan heç kimi edam etməyib.