Puyol: "Hamımız İspaniyanın 3-cü dəfə Avropa çempionu olacağını düşünürdük"

4 İyul 2016 15:52 (UTC+04:00)

İspaniya millisinin eks kapitanı Karles Puyol komandanın Avropa çempionatındakı çıxışına münasibət bildirib. Movqe.az goal.az-a stinadən  xəbər verir ki, "Barcelona" əfsanəvi futbolçusu "qırmızı furya"dan çempionluq gözlədiklərini qeyd edib.


"İspaniya turnirə yaxşı başlamışdı. Bizim ümidlərimiz böyük idi. Qrupun sonuncu oyununda Xorvatiya millisinə uduzduq. Biz pis oynamadıq, amma amma matçın sonunda səhvə yol verdik. 1/8 final oyununun ilk hissəsində italyanlar bizdən üstün idi. İkinci yarıda ispanlar reaksiya verməyə başladı. Amma bu, kifayət etmədi. Bizi çox yaxşı komanda mübarizədən kənarlaşdırdı. Hamımız İspaniyanın 3-cü dəfə Avropa çempionu olacağını düşünürdük. Lakin futbolda proqnoz demək olmur".