Yaxşı bəs Qrimm qardaşları kimlərdir? Qrimm qardaşlar eşitdikləri şeir, ifadə və nağılları yığaraq ədəbi bir dillə yazıblar. Bu da Qrimm nağıllarının ortaya çıxmasına səbəb olub. Qrimm qardaşlardan biri 4 yanvar 1785-ci ildə, digəri isə 24 fevral 1786-ci ildə məmur ailəsində dünyaya gəliblər. Qrimm qardaşların bir bacıları və üç qardaşları da var. Bu qardaşlardan, 1790-1863 tarixləri arasında yaşayan Ludviq Emil Qrimm hal-hazırda da tanınan bir rəssam və qrafikçidir.