Duoduonun qeyri -adi bacarıqları - FOTO - VİDEO

20 Dekabr 2012 17:55 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Çinin Yunnan əyalətininin  paytaxtı Kunminqdə yaşayan 2 yaşlı it bütün şəhər sakinlərinin  rəğbətini qazanıb. Artıq Kunminq küçələrində samakat və velosiped sürməyə alışan  it  buranın ulduzuna çevrilib. Müxtəlif hərəkət və trükları yerinə yetirməyi bacaran Duoduo adlı it bütün yerli  KİV-in diqqət mərkəzinə çevrilib. Yerli tele kanallar dörd ayaqlı bu canlının sanki bir insan kimi küçik bir velosiped sürdüyü kadrları  nümayiş  etdirib. Onun göstərdiyi  mahərətlər yalnız velosiped  sürməklə bitmir, Duoduo  skeyt  sürməklə yanaşı, top üzərində dayanmaqı da bacarır. İtin  sahibi Duanın sözlərinə görə Duoduo bu bacarığlara qısa zaman kəsiyində yiyələnib. Duan bildir  ki,  iti  5 aylıq olanda artıq müəyyən hərəkətləri yerinə yetirirdi. Duan  itinin daha bir çox şeyi bacara biləcəyini ümüdvardır.