Tanınmış aktyora vətəndaşlıq təklifi

20 Dekabr 2012 18:54 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Fransız aktyor Gerard Depardieunun Baş nazir Jan Mark Ayraulta  "Pasaportunuz sizin olsun" deyərək, Fransız vətəndaşlığını tərk edəcəyini söyləməsindən sonra çeçen lider Ramzan Kadırov Çeçenistan qapılarının məşhur aktyora açıq olduğunu, ona vətəndaşlıq verə biləcəklərini söyləyib. Qədirov, Depardieu ilə şəxsən tanış olduğunu, aktyorun oynadığı filmləri çox bəyəndiyini söyləyib. Fransız aktyorun bu ilki Qrozniın şəhərə gəldiyini də xatırladan Kadırov, "Onunla söhbət edib birlikdə axşam yeməyi yedik. O sözün əsl mənasında humanist bir şəxsdir. Hansı ölkə olursa olsun heç düşünmədən ona qapılarını açacağını düşünürəm" dedi.