İlin ən əhəmiyyətli elmi inkişafı açıqlandı

21 Dekabr 2012 14:56 (UTC+04:00)
Movqe.Az bildirir ki, Amerikanın elm jurnalı "Science" ilin ən əhəmiyyətli elmi inkişafının adını açıqlayıb. Jurnalın redaktorları hər il olduğu kimi bu il də ilin son sayı üçün ən əhəmiyyətli elmi inkişafı qiymətləndirib və "Higgs Bozonunun kəşfi"ni birinci yerə layiq görüblər. İsveçrədəki Avropa Nüvə Araşdırma Mərkəzi (CERN), "Higgs" parçacığı olma ehtimalının çox yüksək olduğu yeni bir atom altı parçacıq tapdığını açıqlamışdı. Elm adamları, 126 giga elektronvolt (GeV) kütlə bölgəsində kəşf edilən yeni hissəciklərin, uzun zamandır axtarılan "Higgs" parçacığı olduğunu qəti olaraq söyləmək üçün isə araşdırmalarını davam etdirmək istədiklərini bildirmişdi. "Higgs" parçacığından sonra jurnaldakı bu ilin ən əhəmiyyətli 9 inkişafı arasında, Yaponiya elm adamlarının dəri hüceyrələrindən alınan kök hüceyrələrlə çıxardıqları yumurtalardan yeni nəsil siçanlar əldə etməsi, alman və amerikalı elm adamlarının, 50 min ildən çox bir müddət əvvəl Sibirdə bir mağarada ölən gənc qızın gen xəritəsini barmaq sümüyündən çıxarmağı bacarması, ABŞ-a aid "Curiosity" (Maraq) adlı yeni nəsil kəşf robotun marsa yumşaq şəkildə enməsini təmin edən yeni sistem, X şüası lazerinin zülalların quruluşunu göstərməsi və genlərin dəyişdirilməsini ya da neytrallaşdırmasını təmin edən genetik mühəndisliyin yeni texnikası iştirak edir.