Maliyə müdaxilə oluna bilər

21 Dekabr 2012 15:04 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Malinin şimalında hakim olan silahlı qruplara qarşı hərbi müdaxilə edilməsi üçün yaşıl işıq yandırıb. Təhlükəsizlik Şurasında keçirilən səsvermədə çoxmillətli hərbi birləşmənin Maliyə göndərilməsi qərara alınıb. Lakin müdaxilənin tarixi haqqında məlumat verilməyib.

BMT tərəfindən müsbət rəy verilən qərar Fransa tərəfindən şuraya təqdim edilib, Vaşinqton və London tərəfindən də desteklenmişdi. Təşkilat həmçinin Malidən olan rəsmilərdən 2013-cü ilin aprelindən əvvəl prezident və parlament seçkilərində təşkil etmələrini də istəyib.

Afrikanın qərbində olan Mali ikiyə bölünmüş vəziyyətindədir. Hərbi müdaxilədən sonrası İslamçı radikal qruplar ölkənin şimalını tamamilə nəzarət altına alıb.

Ötən günlərdə Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS), beynəlxalq gücləri Malinin müdaxilə etməyə çağırmışdı.Əl- Cəzayir, Tunis və Mavritaniya isə bu çağırışa mənfi cavab vermişdi.