Beyin fəaliyyəti bədən məşqi qədər vacibdir

21 Dekabr 2012 15:20 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ-da aparılan bir araşdırma beyin məşqinin bədən məşqi qədər əhəmiyyətli və vacib olduğunu məlum edib. "Aftonbladet" qəzetinin nəşr etdiyi araşdırmaya, İQ testləri edən, oxuyan ya da beynini hər hansı bir şəkildə işlədən insanların beyni, bədənləri yaşlansa da əvvəlki kimi işə davam edir. Mütəxəssislər, xüsusilə yaşlı bir yaxına veriləcək ən gözəl hədiyyənin bir İQ oyunları ya da bir kitab olduğunu söyləyirlər. Çikaqoda "Rush" Universiteti Tibbi Mərkəzinin araşdırmasında, beyin mayesinin axın dəyərləri ölçülüb. Mental fəaliyyətləri sıx olan yaşlıların beyinlərindəki mayenin daha axıcı oldu müşahidə edilib.