Qız qaçıranlara ağır cəza veriləcək

21 Dekabr 2012 15:50 (UTC+04:00)
Movqe.Az bildirir ki, Qız qaçırma hadisələrinin çox məşhur olduğu Qırğızıstanda böyük cəzalar tətbiq olunacaq. Qırğızıstan Parlamentində bu gün qəbul edilən yeni qanunla qız qaçıranlara ağır cəza veriləcək. Qırğızıstan Parlamenti, qız qaçıranlar 7 ilə 10 il arasında dəyişən ağır həbs cəzasıyla cəzalandırılması istiqamətindəki qanunu qəbul edib. Bununla da, qız qaçırma qanuni olmayan "insan qaçırma" cinayəti olaraq qiymətləndiriləcək. Buna görə qız qaçıran şəxs və ya şəxslər 7 il ilə10 il arasında dəyişən həbs cəzasıyla cəzalandırılacaq. Qırğızıstanda hər il orta hesabla 10 mindən çox qız qaçırma hadisəsinin baş verdiyi bildirilib.