10 qəpiyə görə 1 il həbs cəzası aldı

21 Dekabr 2012 15:07 (UTC+04:00)

Movqe.az xəbər verir ki, cinayət nisbətinin aşağı olduğu ölkələr sırasında gələn Yaponiyada yaşanan oğurluq halı qarşılığında verilən cəza hamını heyrətləndirib. Paytaxt Tokionun cənubundakı Osakada yaşayan 66 yaşlı bir şəxs müqəddəs sayılan bir yerdə olan 10 yen məbləğindəki pulu oğurladığı üçün bir il həbs cəzasına məhkum edilib. Yapon mətbuatında verilən xəbərə görə, Masafumi Tsuruhara adlı bölgədə yerləşən Vakayama əyalətində olan "Koya" dağını ziyarəti əsnasında müqəddəs sayılan bir bölgəyə qoyulan 10 yeni oğurlayıb. Hadisə məlum olduqdan sonra Tsuruhara məhkəmə qarşısına çıxarılıb. Tsuruhara, pul oğurladığı iddialarını qəbul etməyərək pul ilə oynadığını bildirib. Lakin prokuror, Tsuruhara üçün 2 il 6 ay həbs cəzası istəyib. Lakin məhkəmə, Masafumi Tsuruharanın cəzasını 1 ilə endirib. Məhkəmə, oğurlanan pulun miqdarının az olduğunu lakin Tsuruharanın bu cəhdinin cəzalandırılması lazım olduğuna diqqət çəkib.