Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün tarixi məlum oldu

13 İyul 2016 11:00 (UTC+04:00)

Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün avqustun 8-də Bakıda keçirilməsi planlaşdırılır. Movqe.az-ın məlumatına görə, bu barədə İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur TASS agentliyinə deyib.O qeyd edib ki, bu cür görüş şübhəsiz baş tutacaq: "Görüşün avqustun 8-də keçirilməsi gözlənilir"./trend/