İtaliyada Santa Klausların velosiped yarışı keçirilib

21 Dekabr 2012 16:05 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Roma küçələri ilə hərəkət etməzdən əvvəl Santa Klaus geyimində olan 300-dən çox velosipedçi paytaxtın "Böyük Sirk" adlı qədim cıdır meydanında bir araya gəlib. Yarış zamanı santa klauslar Romanın məşhur tarixi abidələri yanından keçiblər. Sosial media vasitəsi ilə təşkil olunan yarış uşaqlar üçün xeyriyyə xarakteri daşıyıb. Santa klauslar bu aksiya ilə həmdə Qinnesin rekordlar kitabına daxil olmaqa cəhd ediblər.

Velosopedçi Klaudio  Vetorella  bildirib ki , "Milad bayramı ərəfəsi keçirilən bu aksiya ilə bizim məqsədimiz xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlar üçün vəsait toplamaq olub. Hamımız Santa Klaus kostyumunu geyinməklə istədik həm insanlara sevinc bəxş edək həm də Roma küçələrində velosoped sürməyə üstünlük verməyi təbliğ edək."

Xəstə uşaqlara kömək etmək üçün bir çoxları aksiyaya qoşulmaq qərarına qəlib. Əlbətdə , havanın əlverişli olması  yarışda iştirak edənlərin sayının çox olmasına  təsir  edib., "Sözsüz bu dostlarımızla həm bir yerdə əylənmək , həmdə Milad bayramını geyd etmək və "Bambino Gesu" uşaq hospitalı üçün vəsait toplamaq üçün yaxşı üsuldur." gülümsüyərək   Vanessa Buzança  deyib.

Öz övladları ilə Milad alış-verişinə çıxanlar Venesiya meydanı ətrafında hərəkət edən santa klauslara tamaşa etməkdən böyük zövq alıblar.Santalar hər kəsə xoş Milad Bayramı arazulayaraq insanların sevinc dolu ovqatına ovqat qatıblar.

Aksiya iştirakçılarından biri Mariana Rossi bununla "insanlara bütün şəhərdə velosiped sürmeyin mümkünlüyünü və bunun hər kəs üçün səmərəli olmasını çatdırmaq istəməsi olub."

Yollardakı txacları və qeyri-adi gözəl havası ilə məşhur olan İtaliya paytaxtı havanın hədsiz çirklənməsi problemi ilə üzləşib.Şəhər rəsmiləri ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri o cümlədən elektriklə işləyən avtobus və avtomobillərin istifadəsi ilə bağlı proqramlar üzərində davamlı olaraq çalışsalar da sərt iqtisadi tədbirlər hökümətin bu planrının həyata keçməsinə mane olur.