Hamilə qadın donuz qripindən öldü

21 Dekabr 2012 17:12 (UTC+04:00)
Movqe.Az bildirir ki, Fələstində hamilə bir qadının H1N1 tipli virusdan qaynaqlanan donuz qripindən öldüyü bildirilib. Səhiyyə Nazirliyi, ölkə daxilində 40 adamda donuz qripinə rast gəlindiyini, müalicə altına alınan xəstələrdən birinin dünyasını dəyişdiyini açıqlayıb. Verilən xəbərə görə, oktyabr ayından bu yana 3 adam H1N1 virusunun qurbanı olub.