Enerji içkiləri infarktı sürətləndirir
21 Dekabr 2012 17:35 (UTC+04:00)
Movqe.Az bildirir ki, Xüsusilə gənclər
tərəfindən çox içilən enerji içkilərinin infarkt xəstəliyi yarada
biləcəyi söylənilib. Türk Prof. Dr. Namık Kemal Eryol, enerji
içkilərinin asılılıq yatardığını və elmi işlərlə isbat edilmiş kola
tipli içkilərdən daha çox kafein ehtiva etdiyini bildirib. Enerji
içkilərinin ehtiva etdiyi yüksək doza kafeinin səbəbiylə infarktı
sürətləndirdiyini bildirən Eryol, "Gündəlik 300 milliqramdan çox
kafeinin qəbulu asılılıq yaradır, sonra isə spirt və narkotikdə
olduğu kimi məhrumluq sindromuna gətirib çıxarır" deyib. Eryol,
hal-hazırda ürəyindən şikayəti olanların, yüksək təzyiqi və ya
koronar arteriya xəstəliyi olan gənclərin enerji içkilərini qəbul
etmələrinin zərərli olacağını vurğulayıb.