Mimikalara inanmayın!
21 Dekabr 2012 16:42 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ağrı, sevinc və
kədər - üz ifadəsi bu cür yoğun duyğular həmin əsnada insanın
xoşbəxt olub olmadığını əks etdirmir. ABŞ alimlərinin fikrincə
bədənin fəaliyyəti şəxsin vəziyyəti haqqında daha çox söz deyir.
Bədən dili insanların duyğularını təxmin etmək üçün ən yaxşı
vasitədir. Halbuki tədqiqatçılar bu günə qədər üz əzələlərinin
müsbət və mənfi duyğuları ən yaxşı şəkildə əks etdirdiyi mövzusunda
həmfikirdir. "Princeton" Universiteti psixoloqlarından Hillel
Aviezer və qrupu, güclü bir duyğunun təxmin edilməsində mimikanın
çox şişirdildiyi, üz ifadəsinin güclü bir duyğunun rahatlaşdırıcı
və ya narahat edici olduğunu belə söyləmədiyi nəticəsinə gəlib.
Tədqiqatçılar 15 iştirakçıya əhəmiyyətli bir matçda qazanan və ya
yenilən professional tennis oyunçularının şəkillərini göstərib.
İştirakçılar, tennisçilərin yalnız üzlərini gördükləri, idmançının
o anda sevindiyini və ya əsəbiləşdiyini təxmin edə bilməyib. Lakin
bədənlərini üzlərilə birlikdə gördükdə daha doğru təxminlər
ediblər. Burada maraqlı məqam, iştirakçıların bunu gec hiss
etmələri olub. İştirakçılar proqnozlarını üz ifadələrinə görə
etdiklərini düşünüblər. Nəticə: Üz əzələləri, çox güclü duyğuları
açıqlaya bilmir.