"Facebook"da şəxsi mesajlar pullu olacaq

21 Dekabr 2012 16:51 (UTC+04:00)
Movqe.az xəbər verir ki,  "Facebook" dostlar siyahısında olmayan şəxslərə mesaj göndərmə xüsusiyyətini ödənişli hala gətirəcək. Facebook şirkət spikeri etdiyi şərhdə, yeni, xüsusilə, dostlar siyahısında olmayan şəxslərə xüsusi mesaj göndərmək üçün 1 dollar ödəmək lazım olacaq. Dostlar siyahısında olmayan birinə göndərilən xüsusi mesaj, ümumiyyətlə spam ismarıcların düşdüyü "digər mesajlar" qutusuna gedir və istifadəçiyə mesajın gəldiyinə dair hər hansı bir xəbərdarlıq getmir.