Siçanlar partlayıcı maddələri tapır

21 Dekabr 2012 19:03 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İsraillilər  içində texniki qəbul edicilər yerinə siçan yerləşdirilən partlayıcı maddə detektoru yaradıb. Böyük boz qutu şəklindəki detektor vasitəsi bütöv bədən skanerinə bənzəyir. Cihazın içindəki kiçik dəliklərin arxasına isə siçanlar yerləşdirilib. "Bioloji sensor" deyilən siçanlara iybilmə cəhəti tətbiq edilib. Təhlükəli maddələr pis iy verir, buna görə də belə bir maddə ilə qarşılaşan siçanlar cihazdakı həyəcan nöqtəsinə qaçır. Bu vəziyyətdə ya qırmızı bir lampa yanır ya da başqa bir xəbərdarlıq siqnalı eşidilir.