Kartofla “Wi-Fi”-ı araşdırdılar

21 Dekabr 2012 17:51 (UTC+04:00)

Movqe.Az "tech.onliner.by" istinadən xəbər verir ki, "Boeing" korporasiyasının mühəndisləri təyyarə salonunda "Wi-Fi" siqnalının effektivliyini qiymətləndirmək üçün qeyri-adi metoda əl atıblar. Sınaqların keçirilməsi üçün kisələrə yığılmış təxminən 9 ton kartof lazım olub.

Alimlər tərəvəzin insan orqanizmi ilə oxşar fiziki xüsusiyyətlərə malik olması məlum olub. Belə ki, onlar da insan bədəni kimi eyni keçiricilik xüsusiyyətlərinə malikdir. Toplanmış məlumatlar emal edildikdən sonra mütəxəssislər təyyarə salonunda simsiz şəbəkələrin optimal konfiqurasiyasını təyin ediblər.