Vəzifəli şəxslər üçün cərimələr artırılıb

22 Dekabr 2012 07:38 (UTC+04:00)

Dekabrın 21-də Milli Məclisdə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layhəsi müzaikrə olunub. Qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O deyib ki, dəiyşiklik dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması ilə bağlıdır. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, habelə büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılmasına görə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının vəzifəli şəxsləri bu əməllər min manatadək olan məbləğdə törədildikdə 300 manatdan 500 manatadək, bu əməllər 1000 manatdan yuxarı məbləğdə törədildikdə 500 manatdan 700 manatadək miqdarda cərimə edilirlər. Sonda qanun layihəsi qəbul edilib.