“İRƏLİ” – də “Hədəf, motivasiya və özünə güvən” mövzusunda seminar keçirilib

22 Dekabr 2012 22:51 (UTC+04:00)
Mövqe. az xəbər verir ki, bu gün "İRƏLİ" Təlim və Karyera Mərkəzində təlimçi İsmayıl Vəliyev olmaqla "İnsan Kapitalı" layihəsi çərçivəsində "Hədəf, motivasiya və özünə güvən" mövzusunda seminar keçirilib. Təlimin əsas məqsədi, insanlara gələcək fəaliyyətlərində hədəfin seçilməsi, hədəfə düzgün zərbə, motivasiyanın fərdi olaraq yüksəldilməsi, özünəgüvən yaratmağın yolları və s. haqda biliklərinin artırılmasıdır. "İRƏLİ" Təlim və Karyera Mərkəzinin rəhbəri Nicat Hacızadə Mövqe.az –a açıqlamsında bildirdi ki, tədbir, "İnsan Kapitalı" layihəsidi: "Bizə ölkə prezidenti cənab İlham Əliyevin göstərişi ilə neft kapitalının insan kapitalına çevrilməsi bildirilib. Biz də başda bunu tutaraq və eyni zamanda gənclər təşkilatı kimi "İRƏLİ"-nin də əsas məqsədlərindən biri insan kapitalını yüksəltməkdir. Bu da dövlətimizin başlıca siyasətidir. Layihə çərçivəsində formal və qeyri – formal təhsilə üstünlük verəcəyik. Lakin nisbətən əsas üstünlük qeyri – formal təhsilə veriləcək. Çünki, formal təhsil ali məktəblərdə tədris olunur. Ancaq xarici təcrübədən də görünür ki, liderlik, hədəfyönümlü biznes treninqləri və buna uyğun digər qeyri – formal təlimlər universitetlərdə verilmir. Hazırda isə gənclərin iş yerlərində, kariyeralarında bunlar əsas rol oynadığı üçün, biz bunları nəzərdə tutmuşuq. İnsan kapitalı təkcə bundan ibarət deyil. Biz insanlara kapital qoyduqdan sonra onları sərbəst buraxmırıq. İnsanlara tək bu layihədə yox, daimi, hüquq mərkəzinin hüquq, tarix mərkəzinin tarix layihəsində və ya iqtisad mərkəzi iqtisadi biliklərini artırmaq üçün layihələr də nəzərdə planlaşdırmışıq. Ki, buradan ayrılandan sonra gələcək fəaliyyətlərində çətinliklərlə üzləşməsinlər".