Misir Mərdanov bəzi səlahiyyətlərin TQDK-ya verilməsinə münasibət bildirib

22 Aprel 2012 10:13 (UTC+04:00)

Təhsil naziri Misir Mərdanov nazirliyin bir sıra səlahiyyətlərinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verilməsi barədə ölkə prezidentinin fərmanına münasibət bildirib. Jurnalistlərin sualına cavabında təhsil naziri bildirib ki, məsələ müzakirə ediləcək. "Hər birimizin borcu dövlət başçısının fərmanlarını vaxtında həyata keçirməkdən ibarət olmalıdır". Qeyd edək ki, prezident İlham Əliyev imzaladığı fərmana əsasən orta məktəblərdə mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi dərsliklərin monitorinqinin aparılması səlahiyyətləri Təhsil Nazirliyindən alınaraq TQDK-ya verilib.