İstanbulda bələdiyyə sədrinin müavininə silahlı hücum edilib

18 İyul 2016 18:20 (UTC+04:00)

İstanbulda Şişli bələdiyyəsinin sədr müavininə silahlı hücum edilib. Bu barədə Movqe.az Türkiyənin "Haber 7" qəzetinə istinadən məlumat verir.


Bələdiyyə binasına soxulan şəxs sədr müavini Cəmil Cantaşa atəş açaraq, onu ağır yaralayıb.


Hücum edən şəxs polis tərəfindən saxlanılıb.