"Görüşərik, Kriştiano!"

23 Dekabr 2012 12:01 (UTC+04:00)

İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Rio Ferdinand Çempionlar Liqasının 1/8 qrup mərhələsinin püşkatmasının nəticələrini şərh edib. "Mankunianlar"ın rəqibi Madrid "Real"ıdır. Ferdinand Twitter-dəki akkauntunda yazıb: "Əla! Rəqib madridlilərdir! Bizi necə də böyük qarşıdurma gözləyir! Kriştiano, görüşərik, qardaş". 1/8 finalın ilk matçları 12/13 və 19/20 fevralda, cavab matçları 5/6 və 12/13 martda oynanacaq.