İbrahimoviç futboldan kənarlaşdırıla bilər

23 Dekabr 2012 12:03 (UTC+04:00)

"Pari Sen-Jermen" klubunun ulduz futbolçusu Zlatan İbrahimoviçi uzun müddətli diskvalifikasiya gözləyir. Dekabrın 17-də "Lion" klubunun yerdə uzanan müdafiəçisi, xorvatiyalı Deyan Lovrenin başına tullandığına görə İbrahimoviç belə bir cəza ala bilər.

Oyundan sonra "Lion"un prezidenti Jan Mişel Ola bəyan edib ki, İbrahimoviçin bu hərəkəti qəsdən etdiyini düşünürlər. France-Presse agentliyinin məlumatına görə, Fransanın Futbol Liqası yanvarın 10-a qədər etdiyi hərəkətə görə İbrahimoviçdən izahat verməsini tələb edib. Əgər futbolçunun göstərdiyi dəlillər inandırıcı olmasa, onu uzunmüddətli diskvalifikasiya gözləyir.