"Yuventus" klubunun direktoru, keçmiş məşhur futbolçu Pavel Nedved Çempionlar Liqasında heç kimdən qorxmadığını deyib. "Bizi heç nə qorxutmur. Baxmayaraq ki, qrupda Çempionlar Liqasının qalibi vardı ("Çelsi"ni nəzərdə tutur - red.), "Yuventus" qrupun lideri oldu. Heç bir komanda bizim əhvalımıza təsir edə bilməz. Qeyd edək ki, 1/8 finalda "Yuventus" Şotlandiyanın "Seltik" klubu ilə qarşılaşacaq.