Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Türkiyədə keçirilməli olan görüş təxirə salınıb

20 İyul 2016 16:50 (UTC+04:00)

ATƏT-in Minsk qrupu həmsədrlərinin Türkiyədə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə keçirilməli olan görüşü təxirə salınıb. "RİA Novosti" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bildirib. "Hazırda növbəti görüşün vaxtı üzərində işləyirik", - deyə o bildirib.