Taxıl istehsalı 23% artıb

30 Noyabr 2011 16:36 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan taxıl istehsalını ötən ilin yanvar-oktyabr aylarına nisbətən 22,9% artırıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkədə 2 306,1 min ton taxıl (qarğıdalısız) istehsal olunub ki, bu da ötən ilin analoji dövrünə nisbətən 23,7% çoxdur. Dən üçün qarğıdalıya gəldikdə isə Azərbaycan 2011-ci ilin yanvar-oktyabr aylarında bu məhsulun yığımını 10,6% artıraraq 149,8 min tona çatdırıb.

"Ümumiyyətlə, hesabat dövründə ölkədə 2 455,9 min ton taxıl istehsal olunub ki, bu da keçən ilin ilk on ayına nisbətən 22,9% çoxdur", - deyə komitədən bildirilib.