Ağdam və Tərtərdə PHS aşkarlanıb

21 İyul 2016 16:58 (UTC+04:00)

Ağdam və Tərtər rayonlarında partlamamış hərbi sursatlar aşkarlanıb. Bu barədə Movqe.az Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

İyulun 21-də Ağdam rayonunun Mahrızlı kəndində 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, 2 800 kv.m ərazi yoxlanılıb.


Tərtər rayonunun Həsənqaya kəndində 1 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursatların qalıqları aşkar edilib.


Həmin rayonun Şıxarx kəndində isə 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik OF-530 partlayış qəlpəli top mərmisi) aşkar edilərək götürülüb.