ABŞ-ın Minsk Qrupundakı təmsilçisi dəyişdi

24 Dekabr 2012 10:34 (UTC+04:00)
Ötən həftə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtkenin səlahiyyət müddəti başa çatıb. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Conas Stüart məlumat verib. O bildirib ki, dekabrın 21-də Dövlət Departamenti həmsədr vəzifəsinə müvəqqəti olaraq Yan Kellini təyin edib: "Dövlət Departamenti 3 ildən çox həmsədr vəzifəsini yerinə yetirən səfir Bradtkeyə minnətdardır və ona gələcək fəaliyyətində uğurlar arzulayır. ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaqda tərəfləarə kömək etmək üçün ATƏT-in Minsk Qrupundakı həmsədr funksiyasına bağlılığını saxlayır".