“Son 10 ildə Azərbaycandan Avropa Məhkəməsinə 5 minədək müraciət daxil olub”

24 Dekabr 2012 10:59 (UTC+04:00)
"Hər il Azərbaycanla bağlı Avropa Məhkəməsinə daxil olan müraciətlərin sayı sabit qalır. İl ərzində 500-dək şikayət Avropa Məhkəməsinə daxil olur". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri üzrə sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi  verib.
Onun sözlərinə görə, son 10 ildə Avropa Məhkəməsinə Azərbaycanla bağlı 5000-ə yaxın müraciətlər daxil olub: "Bu şikayətlərin 97 faizi Avropa Konvensiyasının tələblərinə cavab vermədiyindən Avropa Məhkəməsi tərəfindən rədd edilib. İcraata götürülmüş 3 faiz müraciətlərin bir qismi Azərbaycan hökumətinə kommunikasiya edilib. Artıq 130-a yaxın şikayət üzrə müvafiq qərarlar qəbul edilib. Azərbaycanla bağlı çıxarılmış qərarların 50 faizi insan hüquq və azadlıqlarının pozulması ilə bağlı olub".