Türkiyə İsrailə qarşı vetonu geri götürdü

24 Dekabr 2012 11:27 (UTC+04:00)
"France-Presse" agentliyinin yaydığı məlumata görə, Türkiyə NATO-nun İsraillə hərbi əlaqələri genişləndirməsinə qoyduğu vetonu geri götürüb.
Xatırladaq ki, Türkiyə 2010-cu ilin mayında Mavi Mərmərə olayından sonra NATO-nun İsraillə hərbi əməkdaşlığına veto qoyub. İsrail diplomatlarından biri "Jerusalem Post" qəzetinə bildirib ki, Türkiyə son anda vetonu qaldırıb və bu, NATO-nun Türkiyədə "Patriot" sistemlərinin yerləşdirilməsinə razılıq verməsindən sonra mümkün olub. Bundan sonra İsrail NATO-nun təlim və seminarlarında iştirak edə biləcək. İsrail NATO-nun 2013-cü ildə Türkiyə ərazisində keçiriləcək təlimlərində də iştirak edəcək.