Maliki din adamlarından kömək istədi

24 Dekabr 2012 14:32 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İraq Baş naziri Nuru əl-Maliki ölkəsində artan məzhəb qarşıdurmalarının qarşısını almaq üçün din adamlarını köməyə çağırıb.

İraq Baş naziri Nuru əl-Maliki, İraqın müstəqilliyinin qorunması və ölkədə məzhəb döyüşü çıxarmağa çalışanlara qarşı mübarizə üçün din adamlarından kömək istəyib.

Malikinin din adamları və vaizlərlə görüşünün ardınca Baş nazirlikdən açıqlama verilib. Açıqlamada Malikinin ölkənin birliyinin qorunması və məzhəbçiliklə münbarizə üçün alimlərin də söz deməsini istənilib.

'' İyrənc məzhəbçilikdən nə qazandıq ki, yenə ona qayıdaq?'' Deyən Maliki fikir ayrılıqlarının siyasi sahədə qalması lazım olduğunu da vurğulayıb.

Maliki dünən də İraq cəmiyyətinin bütün seqmentlərindən olan tayfa liderlərini, mezhəbçiliyə qarşı sərt olmağa çağırıb və bəzi siyasətçiləri böhranı dərinləşdirməkdə təqsirləndirib.