Azərbaycan Afrikaya qaz ixracına başlayır

24 Dekabr 2012 14:59 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Böyük Britaniyanın "Gasol" şirkəti ilə birgə layihə çərçivəsində Benin, Qana və Toqoya maye qaz ixrac edəcək.

"APA-Economics"in "International Oil Daily"yə istinadən xəbərinə görə, artıq bununla bağlı "SOCAR Trading" və "Gasol" arasında müqavilə imzalanıb.

Azərbaycan tərəfi maye qazı Afrikaya – Beninin Kotonu limanına ozünün ixtisaslaşmış gəmiləri və üzən anbarları vasitəsilə çatdırmağı öhdəsinə götürür. Buradan isə qaz Benin, Qana və Toqodakı sənaye və energetika müəssisələrinə göndəriləcək.