"Eurovision"ın Ukrayna təmsilçisi müəyyən olunub

24 Dekabr 2012 14:21 (UTC+04:00)
Movqe.az xəbər verir ki, bu il "Eurovision" Mahnı Müsabiqəsində Ukraynanı Zlatan Oqneviç ingilis dilində olan "Gravity" mahnısıyla təmsil edəcək. Ukraynada milli seçimlərdə digər namizədləri geridə qoyan Zlatan Oqneviç, 2013-cü ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsinə getməyə hüquq qazanıb. Ukrayna Dövlət Televiziyası birinci kanalda canlı verilişdə mahnısını söyləyən Zlatan Oqneviç tamaşaçıların rəğbətini qazanıb. Bu il müsabiqədə iştirak edəcək 39 ölkə bunlardır: Albaniya, Avstriya, Ermənistan, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr Rum bölgəsi, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Makedoniya, Malta, Moldova, Çernoqoriya, Hollandiya, Norveç, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və İngiltərə. Qardaş Türkiyə isə müsabiqədə iştirak etməyəcək.