Turistlər mayyalıların məbədinə zərər vurdular

24 Dekabr 2012 15:55 (UTC+04:00)
Movqe.Az bildirir ki, Mayyalıların təqviminə görə 21 dekabr dünyanın sonu olmalı idi. Amma bunun baş verməməsindən hiddətlənən turistlər mayyalıların qədim məbədinə zərər vurmağa başlayıblar. Bunun qadağan olmasına baxmayaraq, turistlər Tikal şəhərində daş ehramlardan birinin üzərinə qalxıb və ziyan vurublar. Gözətçilərin sözlərinə görə, zərər dəymiş pillələri və digər yerləri bərpa etmək mümkün deyil. Xatırladaq ki, 21 dekabr Tikal şəhərinə 7 minə yaxın adam baş çəkib. Mayya ruhaniləri köhnə erayla vida mərasimi keçiriblər. Meşələri yandıraraq yeni eranın gəlişini salamlayıblar. Bunu da nəzərinizə çatdıraq ki, Tikal şəhəri Qvatemaladan təxminən 550 km aralıda, Peten əyalətində yerləşir. Bu şəhər mayyalıların ən böyük şəhərlərindən biridir.