Sevgili tapmaq üçün toplaşdılar

24 Dekabr 2012 17:58 (UTC+04:00)
Movqe.Az bildirir ki, Cənubi Koreyada təşkil edilən "subaylar döyüşü" adlı fəaliyyətə -10 dərəcə istidə 3500-ə yaxın insan qatılıb. Əksəriyyətini kişilərin meydana gətirdiyi izdihamda sevgili tapmaq üçün yarış baş verib. Gözlənilən qədər qadının gəlməməsindən məyus olan kişilərin çoxu meydandan boynu bükük ayrılıb. Təbii ki, üzlərinə taleh quşunun güldüyü insanlar da olub. Böyük izdihamdan sevgili taparaq ayrılanlar sevinclərini qışqıraraq göstəriblər.