Bekhem ailəsi ilə birlikdə tətilə çıxıb

24 Dekabr 2012 18:20 (UTC+04:00)
Movqe.Az bildirir ki, "LA Galaxy" komandasından ayrıldıqdan sonra ölkəsi İngiltərəyə qayıdan ulduz futbolçu Devid Bekhem həyat yoldaşı Viktoria və dörd uşağı ilə birlikdə Milad tətilini keçirmək üçün Maldiv adalarına gediblər. Məşhur ailə qalmaq üçün 12 çimərliyə və 40 üzmə hovuzuna sahib xüsusi bir otel seçiblər. "Sun" qəzetinin xəbərinə görə, xüsusi bir dəniz təyyarəsiylə gəldikləri adada yerləşən oteldə 130 xüsusi villa var. Adada 11 gecə qalacaq olan ailənin üç otaq kirayəyə götürdüyü bildirilib. Otaqların bir gecəsi isə 8600 funt sterlinqdir. Cütlüyə yaxın bir adamın qəzetə verdiyi müsahibədə, Bekhemların Maldiv adalarındakı ən bahalı oteldə qaldıqlarını söyləyib.