Qızına təcavüz edildiyini telefondan dinlədi

24 Dekabr 2012 19:35 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İngiltərədə küçədə bıçaq gücü ilə təcavüzə məruz qalan 15 yaşlı qız polisə məlumat verib. Dəhşətli hadisə reallaşarkən qızını maraq edərək telefonla axtaran ananın yaşadığı psixi gərginlik hələ də davam edir. Telefonda qızının təcavüzünü dinləmək məcburiyyətində qalan bədbəxt qadın, nə edəcəyini bilməyib. Dərhal polisi axtaran ana, hadisənin şokunu üzərindən heç cür ata bilməyib.Bir həftədir təcavüzkarı axtaran polisin səyləri isə hələlik nəticə verməyib. Təxminən 19-20 yaşlarında olduğu düşünülən təcavüzkarı hər yerdə axtarılır. Gənc qızın isə ilk olaraq anasına qəsb edildiyi yalanını söylədiyi, daha sonra gerçəyi izah etdiyi ifadə edilib.