Cennifer Lopez amerikan futbolu oynadı

24 Dekabr 2012 18:43 (UTC+04:00)

Movqe.Az bildirir ki, Cennifer Lopez konsert proqramı ilə əcdadlarının vətəni olan Puerto-Rikaya gedib və derhal xeyriyyəçiliklə məşqul olmağa başlayıb. Sendi qasırğasının qurbanlarını fəal dəstəkləyən müğənni amerikan futbolu üzrə matça da baş çəkib. Bura gəlməyinin səbəbi təbii fəlakətdən zərər çəkmişlər üçün pul toplamaq olub. Ulduz müğənni oyun meydançasına uşaqları Emma və Maksini, cavan sevgilisi Kasper Smartı və hətta anası Qvadelupanı da gətirib. Buna baxmayaraq müğənni tamaşaçı kimi tribunada əyləşməyib, əksinə o əyninə 24 nömrəli qırmızı futbolka və ağ şortik geyinərək meydançaya çıxıb. Müğənni topla bir neçə atış və ötürmə edib və bununla bütün tamaşaçıların gurultulu alqışlarına səbəb olub. Kassalarda futbol matçının bütün biletləri satılıb.