50 min dollarlıq üzüyün yerini unudub
24 Dekabr 2012 20:57 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Rusiyanın Murmansk
şəhərində yaşayan 57 yaşlı bir kişi St. Petersburq-Brest qatarında
yoldaşına aldığı 50 min dollarlıq brilyant üzüyü unudub. Murmansk
şəhərində yaşayan bu şəxs səfər etdiyi qatarın bir şöbəsində
masanın üstündə salfetin qoyduğu üzüyü gəldiyi stansiyada götürməyi
unudub. Şansız kişi bu unutqanlığını Belarusun Brest bölgəsi
Jabinka şəhərində yoldaşıyla görüşdüyü yerə gəldiyində hiss edib.
Yoldaşına etdiyi 1.5 milyon rubl (50 min dollar) üzüklə sürpriz
etmək istəyən kişi əlini cibinə atdığında tapa bilmədiyi üzüklə
özünə sürpriz etmiş olub. Belarus təhlükəsizlik qüvvələri mövzuyla
əlaqədar dərhal araşdırma başladıb. Lakin itən üzük hələ
tapılmayıb.