Həqiqi hərbi xidmət barəsində referendum keçirilib

24 Dekabr 2012 18:26 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Avstriya müdafiə naziri Norbert Darabosun "həqiqi hərbi xidmət ləğv edilsin, professional ordu yaradaq" təklifinə Baş qərargah rəisi Edmund Entacherin etiraz etməsindən sonra referendum keçirilib. Həqiqi hərbi xidmətin məcburi olub olmaması ilə bağlı keçirilən referendum nəticəsində xalqın 58 % - i Edmund Entacherin fikrini dəstəkləyib. 30 yaşına kimi olan gənclərin böyük bir hissəsi isə müdafiə naziri Norbert Darabosun "həqiqi hərbi xidmət ləğv edilsin, professional ordu yaradaq" təklifinə razılıq veriblər.