Kameron: "Hz. İsa yer üzündə sülhün şahzadəsi"dir

24 Dekabr 2012 18:21 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İngiltərə Baş naziri Devid Kameron İncildən götürdüyü sözlərlə söylədiyi  Milad mesajında​​, Hz. İsanın yer üzündə "sülhün şahzadəsi" olduğunu bildirib. Miladın təkrarlanan işlərə ara verib əhəmiyyətli mövzular üzərində ağıl yormaq üçün yaxşı bir zaman dilimi olduğuna diqqət çəkən Kameron mesajında​​, "İncil (Əhdi-Cədid) bizlərə Hz. İsanın həyatının bütün insanlığı aydınlatdığını və onun şərəf, düzgünlük, sevgi ilə dünyaya gəldiyini söyləyib. İngilis Baş nazir, digər tərəfdən, Xristianlıq dəyərlərini və prinsiplərini müdafiə etdiyini lakin zehininin dinə istiqamətli "şübhə və tərəddüdlərlə" dolu olduğunu və böyük dini məsələlərin onu tez-tez narahat etdiyini etiraf etmişdi.