"Atı ölənə at, evi olmayana ev almalıyıq?" Bunu dünən Milli Məclisin iclasında parlamentin sədr müavini Valeh Ələsgərov söyləyib. Valeh Ələsgərov deyib ki, təbii fəlakətlər və digər hallar ola bilər: "Bazar iqtisadiyyatından danışırıq. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq mülkiyyət sığortalanmalıdır. Bu məsələlərlə bağlı məsuliyyət dövlətin üzərinə qoyulmamalıdır".