"Uqo Çavez əməliyyatdan sonra ayağa qalxıb və hətta yeriməyə başlayıb"
25 Dekabr 2012 13:24 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Kubada xərçəng
xəstəliyindən əməliyyat olunan Venesuella prezidenti Uqo Çavezin
səhhəti yaxşılaşıb. Bu barədə ictimaiyyətə dövlət başçısın
köməkçisi Nikolas Maduro məlumat verib. Onun sözlərinə görə, Uqo
Çavez əməliyyatdan sonra ayağa qalxıb və hətta yeriməyə
başlayıb.
Qeyd edək ki, dövlət televiziyasında çxış edən Nikolas Maduro dünən
Çavezlə 20 dəqiqə telefonla danışdığını açıqlayıb. Bu il oktyabr
ayında keçirilən prezident seçkilərində 3-cü dəfə dövlət başçısı
seçilən 58 yaşlı Uqo Çavez, xərçəng xəstəliyindən bundan əvvəl 2
dəfə əməliyyat olunub.