Nümunə bələdiyyə başçısı

25 Dekabr 2012 15:17 (UTC+04:00)
Movqe.Az bildirir ki, Cuzeppe Fiqoni, İtaliyada kiçik bir qəsəbənin bələdiyyə başçısıdır. Başçılığı ilə yanaşı bələdiyyənin bütün işlərini özü icra edir. Qəsəbənin küçələrini təmizləyir, zibilləri yığır, qəbiristanlığın səliqəsinə baxır, elanları asır. Fiqoninin bu "çalışqanlığı" bələdiyyənin ildə 50 min avro qənaət etməsini təmin edir. Kassasında 200 min avrosu olan qəsəbə bələdiyyəsi ölkənin ən aşağı əmlak vergisi verən bələdiyyəsidir.