Ermənistanda bahalaşmanın sonu görünmür

25 Dekabr 2012 15:24 (UTC+04:00)
Ermənistanda bahalaşma durmaq bilmir. Bu ona gətirəcək ki, bu "çiçəklənən" respublika, demək olar ki, kimsəsiz qalacaq.
Ermənistanda Yeni il ərəfəsində qiymətlər nəyə əsaslanıb qalxmayacaq? Yerli dünyagörmüşlər deyir ki, bahalaşma olmaması barədə deyilənlərin hamısı boş sözdür. Respublikanın mağazalarında demək olar ki, hər gün qiymətlər dəyişir. Biz əvvəllər də bildirmişik ki, ən vacib ərzaq məhsullarının qiyməti qalxıb: un, makaron, toyuq budları, qənnadı məhsullar, marqarin və s. bahalaşıb. Tibbi xidmətin də qiyməti önəmli şəkildə artıb.
Süni Yeni il yolkası və yolka oyuncaqları 20% bahalaşıb. Bu gün də erməni mətbuatı bildirir ki, südün və süd məhsullarının da qiyməti qalxıb.
Bu, onunla izah edilir ki, tədarük edilən südün qiyməti rekord yüksək səviyyəyə qalxıb. Əhalinin həyat səviyyəsinin pisləşməsi iqtisadi azalma ilə izah edilir və gələn il də bu azalma davam edəcəksə, onda ölkəni yaxşı həyat axtarışı üçün tərk edənlərin sayı ən yüksək səviyyəyə çatacaq. Bax, onda Ermənistan, demək olar ki, ermənisiz qalacaq.