Dünyada Milad mərasimləri keçirilib
25 Dekabr 2012 15:13 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Xristian
dünyasının hər il Hz. İsanın doğumunu qeyd etdiyi Milad bayramı
münasibətilə bir çox ölkədə Milad ayinləri və mərasimləri
keçirilib. Xristian aləminin ən əlamətdar və
təntənəli törənlərindən sayılan "Milad" bayramı ənənəyə görə İsa
Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur.
Dünya xristianları mənsub olduqları məzhəblərdən asılı olaraq, bu
bayramı müxtəlif günlərdə (25 dekabr; 6-7 yanvar) keçirirlər və o
hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı
sayılır. Xristianların bu bayramı qeyd
etmələri haqqında ilk məlumatlar IV əsrə aiddir. Lakin xristian
ənənəsində İsa Məsihin dünyaya gəlməsinin dəqiq tarixi barədə
fikirlər mübahisəlidir və hakim ruhanilər tərəfindən bu məsələ hər
məzhəbə görə fərqli izah olunur. Xristianlar bu bayramı hələ ilk
dövrlərdə indikinə nisbətən fərqli keçirirmişlər. Çünki, əvvəllər
İsa Məsihin dünyaya gəlməsi ilə onun vəftiz (mənəvi paklıq üçün
müqəddəs suya salınma) edilməsi tarixi eyni vaxtda qeyd edilirdi.
Birinci dəfə Roma Papası Yulinin dövründə (IV əsrin birinci yarısı)
Katolik kilsəsi İsa Məsihin dünyaya gəlməsi ilə vəftiz olunması
bayramını bir-birindən ayıraraq "Milad"ı dekabr ayının 25-də qeyd
etməyə başlamışdır.
Amman

Bağdat

Kaliforniya

Cammu, Hindistan

İndoneziya
