Əhaliyə vulkan xəbərdarlığı edilib!

25 Dekabr 2012 17:24 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Çili-Argentina sərhədində "Copahue" vulkanının fəaliyyətinin artmasından sonra xəbərdarlıq səviyyəsini "qırmızı" ya yüksəldib. Rəsmilər, şənbə günü kül və qaz püskürtməyə başlayan yanardağdakı fəaliyyətin getdikcə artması ilə xəbərdarlıq səviyyəsini əvvəl "sarı" dan "narıncı" ya, sonra da "qırmızı" ya qaldırıb. Kül sıxlığında kiçik də olsa bir azalma təsbit edildiyini və bu mərhələdə bölgə xalqının evakuasiyasına ehtiyac duyulmadığını bildirən rəsmilər, bununla yanaşı yanardağın partlaması ehtimalını gözdən qaçırmadıqlarını, bu səbəblə xəbərdarlıq səviyyəsini aşağı salmağı hələlik düşünmədiklərini bildirib. "Copahue", Argentinanın "Neuguen" vilayəti ilə Şillinqin Biobio bölgəsi arasında yerləşir və ən son 2001-ci ildə fəaliyyətə keçdiyi  bildirilib.