Xaricdə Azərbaycan kapitalının iştirakı ilə yaranan şirkətlərin sayı artır
25 Dekabr 2012 16:51 (UTC+04:00)
Son dövrlərdə Azərbaycandan olan iş adamlarının xaricə daha
çox kapital qoymaları müşahidə edilməkdədir. Elə bunun nəticəsidir
ki, xaricdə Azərbaycan kapitalının iştirakı ilə olan müəssislərin
sayı da artır. Məsələn, Türkiyədə Azərbaycan kapitalını
iştirakı iəl yaralıra şirkətlərin sayı 160-a çatmaqdadır. Digər bir
sıra ölkələrin timsalında da qeyd edilənlərin əyani nümunəsini
görmək olar. Təbii ki, belə vəziyyət həm də müəyyən həcmdə
kapitalın kənara axması deməkdir. Halbuki, həmin kapitalın ölkə
daxilində realizasiyası yerli iqtisadiyyat üçün vacib əhəmiyyət
daşıyardı.
Bəs xaricə kapital qoyuluşunu şərtlədirən amillər
hansılardır? Bu iqtisadiyyatımız üçün sərfəli haldırmı?
Rusiya, Türkiyə və Azərbaycanın iqtisad elmləri doktoru, professor
Zahid Məmmədov məsələ ilə bağlı Mövqe. Az saytına açıqlamasında
aşağıdakıları bildirib: "Ümumiyyətlə, ilk növbədə ona baxılmalıdır
ki, sərmayə niyə xaricə qoyulur? Burada ilk növbədə mənfəətin
artırılmasını qeyd etmək lazımdır, yəni vətəndaş daha çox gəlir
əldə etmək üçün xarici ölkələrə gedir. İkincisi, bəzi xarici
ölkələrdə əmək haqqının daha ucuz olmasıdır. Yəni sərmayə qoyan
şəxs işçilərə daha az əmək haqqı verir. Üçüncüsü, vergi dərəcələri
aşağıdır. Dördüncüsü, sosial müavinətlər, tələblər yoxdur. Təbii
ki, ən vacib şərtlərdən biri əmlakın və qoyulan vəsaitin
təhlükəsizlik təminatıdır.
Mənim belə bir yazım var idi: "Xarici sərmayə ilə inkişaf etmək,
Allaha edilməyən duaya amin deməkdir". Mən ümumiyyətlə, bu mövzuda
çox ehtiyatlı davranıram. Yuxarıda qeyd etdiyim şərtlərə
baxmaq lazımdır. Əgər məqsəd Azərbaycan markasını tanıtmaq,
Azərbaycan mallarının dünya bazarına çıxışı və yeni
texnologiyaların Azərbaycana gətirilməsidirsə, təbii ki, bunları
dəstəkləmək lazımdır. Yəni, burada baxmaq lazımdır ki, məqsəd
nədir. Müəyyənləşdirmək lazımdır ki, hansı məqsəddən dolayı xaricə
sərmayə gedir. Mən ümumiyyətlə, daxili bazarın güclənməsini,
inkişafını düşünən bir adamam.
Xatırladım ki, bir vaxtlar ABŞ-da faiz dərəcələrinin artımına icazə
vermirdilər. Faizə icazə vermədiklərinə görə faizi qaldırsınlar
deyə, ölkə daxilindən başqa ölkələrə pul qoymağa başladılar. Mən
düşünürəm ki, Azərbaycanda sərmayə yatrılması üçün yetəri qədər
yerlər var. Yetəri qədər lazımi, inkişaf etdirilə biləcək sahələr
var. Azərbaycanın özünün sərmayəyə böyük ehtiyacı var. Hesab edirəm
ki, vəsaitlər Azərbaycanda qalıb Azərbaycan iqtisadiyyatının,
ölkənin inkişafı üçün sərf edilsə daha yaxşı olar. Biz nə qədər
güclü olsaq, vəsaitimiz çox olsa belə daxildə problemlərimiz var.
Biz xaricə kapital yatırmaqla bununla başqa ölkələrin
iqtisadiyyatını gücləndiririk. Əldə etdiyimiz gəlirlər o ölkənin
vergi büdcəsinin formalaşmasında, vətəndaşlarının işlə təminatında
iştirak edir. Mən daxili iqtisadiyyatın inkişafının tərəfdarıyam.
Bu gün Azərbaycanda mebelə, inşaat mallarına ehtiyac var. Mən hesab
edirəm ki, idxalı əvəz edəcək mallar istehsal etməklə Azərbaycanda
inkişaf etdirmək mümkündür. Çoxlu variantlar var, çox şeylər etmək
olar".